Gürcüstanda koronavirusa daha 26 nəfər yoluxub, 5 nəfər isə sağalıb
Gürcüstanda daha 26 nəfərdə koronavirus aşkarlanıb.
Jurnalistlərə bu barədə məlumatı Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaia verib. Onun bildirdiyinə görə, daha beş nəfər sağalıb.

Son məlumatlara görə, Gürcüstanda koronavirusa ümumilikdə 783 nəfər yoluxub ki, bunlardan da 605 nəfəri sağalıb.

Bundan əlavə, xaricdən müalicə üçün üç Gürcüstan vətəndaşı gətirilib. Ölkədə koronovirusdan 12 nəfər dünyasını dəyişib.

Hazırda karantin rejimində 30301 nəfər, stasionar nəzarətdə isə 262 nəfər var.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google