Estoniya Xarici Kəşfiyyat Xidməti 2020-ci il üçün hesabatını
yayımlayıb. Hesabatda Cənubi Qafqaz ölkələrinə Rusiyanın
təsirlərini müzakirə edən “yumşaq güc” haqqında da söhbət açılır.
Hesabatda deyilir ki, 2008-ci ilin avqust müharibəsindən bəri
Rusiya Gürcüstanda anti-Qərb təbliğat vasitələrini xüsusi
intensivliklə işə salıb.
Məsələn, hesabatda Dimitri Lortkipanidzenin direktoru təyin
edildiyi “Primakovun gürcü-rus İcma Mərkəzi”nə toxunulur. Həmçinin,
Qriqori Karasinin gürcü cəmiyyətində güclü etirazlara səbəb olan
Tbilisidə “Rus Mədəniyyəti Mərkəzi”nin açılacağı da açıqlanıb.
Hesabatda Rusiya təbliğat silahının nümunəsi olaraq “Gürcü marşı”
da göstərilib:
“Son illərdə Gürcüstanda sözdə ənənəvi dəyərlərin təbliği kəskin
artıb. 2017-ci ildə yaradılan ekstremist hərəkat "Gürcü Marşı"
çətir-təşkilatı bu baxımdan mühüm rol oynayır. Onların məqsədləri
guya ki, Qərbin Gürcüstana “sırımaq” istədiyi dəyərlərə qarşı
çıxmaqdır. Bu, onların sözlərinə görə, gürcü xalqı və ictimaiyyətin
mövcudluğuna təhlükə törədir. “Gürcü marşı” rəqiblərə qarşı fiziki
güc tətbiq etməkdən çəkinməyən təcavüzkar bir hərəkatdır. Onların
məqsədləri, Gürcüstanda Avropa İttifaqı və NATO-ya olan ictimai
dəstəyi zəiflətməkdir ki, bu haqda razılaşmalar artıq 15 ildir ki,
əldə olunub. Onların məqsədləri, həmçinin daxili gərginlik yaratmaq
və Gürcüstan cəmiyyətində qarşıdurmalara səbəb olmaqdır. "Gürcü
Marşı”nın Rusiya ilə və Rusiyanın mühüm vəzifəli bir neçə lideri
ilə əlaqələri var", — məlumatda bildirilir.
Mənbə: publika.ge