Marneuli meriyası kabel internetinin çəkilməsi üçün təxminən bir ildə 39 icazə verib
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Marneulinin kəndləri və küçələrinə kabel internetinin çəkilməsi üçün dörd internet provayderə ümumilikə 39 icazə verib.

2019-cu ilin 22 fevral tarixindən 2020-ci ilin 19 mart tarixinə qədər olan dövrdə ən çox 24 icazə “Silknet”ə verilib. 11 icazə “Magticom” MMC-yə, üç icazə “Genet” MMC-yə, bir icazə isə “PC max”a verilib.

Meriyanın icazə verdiyi ərazilərin siyahısını və internet provayderləri təqdim edirik:
  • “Silknet” – 26 may, Ağmaşenebeli, Rustaveli, Məmmədov, Kostava küçələri, Qasımlı, Kəpənəkçi, Yağlıca, Dəmyə-Görarxı, Tsereteli, Qızılhacılı, Candar, Sadaxlı.
  • “Magticom” MMC – Qasımlı, Kəpənəkçi, Dəmyə-Görarxı, Qaçağan, Ağməmmədli, Algeti, Təzəkənd, Sabirkənd, Şaumyandan keçməklə Xixanidən Budyonovkaya qədər.
  • “Genet” MMC – Yuxarı Qullar, Aşağı Qullar, Qırıxlı, Maradisi kəndi.
  • “PC max” MMC – Qasımlı, Xocorni, Kürtlər, Kəpənəkçi, Şulaver, Qullar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google