Gürcüstanda beynəlxalq uçuşlar 1 iyul tarixindən bərpa olunacaq.
Gürcüstanın hökumət administrasiyasından “Marneuli” radiosuna
bildiriblər ki, uçuşların hansı istiqamətələrə bərpa olunacağı hələ
məlum deyil. Qeyd olunan məsələ ilə bağlı hökumət müxtəlif
dövlətlərlə danışıqlar aparır.
Gürcüstanda beynəlxalq uçuşlar koronavirus pandemiyasının
yayılmasından sonra dayandırılıb.