"Yeni Gürcüstan" partiyasnın Marneuli rayon təşkilatnın rəhbəri
Fuad Qəhrəmanov 6 iyun tarixində ifadə vermək üçün Dövlət
Təhlükəsizlik Xidmətinə çağırılıb.
Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Fuad
Qəhrəmanov verdi. Onun sözlərinə görə, axşam saatlarında DTX-dən
ona zəng gəlib və ifadə vermək üçün idarəyə dəvət olunub.
"6 iyun tarixində saat 12:00-da Tblisidə DTX-ya
çağırıldım. Səbəbini soruşdum, dedilər ki, N. Nərimanov məsələsi
ilə bağlıdır. Mən isə onlara bildirdim ki, vəkilimlə əlaqə
saxlayıb, sabah nə vaxt gələcəyim haqda sizə məlumat verəcəm.
Vəkillə məsləhətləşdikdən sonra DTX-yə getməyi planlaşdırıram. N.
Nərimanovun büstü təmir olunduqdan sonra bu cür hadisələr baş
verdi", – Fuad Qəhrəmanov dedi.
Onu da əlavə edək ki, N. Nərimanov məsələsi ilə bağlı sabah Ümum
Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin Şeyxi və sədri Seyid
Mirtağı Əsədov da Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb.