İyulun 2-nə olan məlumata görə, bu il Gürcüstanda QİÇS-ə 274
yeni yoluxma halı qeydə alınıb.
Məlumatı Yoluxucu Xəstəliklər və QİÇS Mərkəzi yayır. Mərkəzin
bildirdiyinə görə, ötən il müvafiq dövrdə 321 yeni yoluxma halı
aşkarlanmışdı.
QİÇS Mərkəzindən verilən məlumata görə, 2 iyul 2020-ci il tarixində
yoluxucu xəstəliklər, QİÇS və Klinik immunologiya Mərkəzində
ümumilikdə 8376 QİÇS-na yoluxmuş şəxs qeydiyyata alınıb. Bunlardan
6252 nəfəri kişi, 2124 nəfəri isə qadındır. Xəstələrin əksəriyyəti
29-39 yaş arasındadır. 4340 xəstədə QİÇS inkişaf edib. 1705 xəstə
isə dünyasını dəyişib.
İyun ayının 30-a olan məlumata görə, 46 uşaq (38+8 abxaziyalı)
daxil olmaqla 5220 (4630 +590 abxaziyalı) xəstə QİÇS-na qarşı
müalicə alır.
Qeyd olunan halların ötürülmə yolu ilə paylanması aşağıdakı
kimidir: 37,0 faiz (3098) – inyeksiya istifadə edənlər; 48,7 faiz
(4080) – heteroseksual əlaqə nəticəsində yoluxmuş; 12,0 faiz (1001)
– kişilərlə cinsi əlaqədə olan kişilər; 1,3 faiz (109) – şaquli
ötürmə yolu ilə yoluxmuş; 0,5 faiz (41) – qan qəbul edən; 0,6 faiz
(46) – hansı yolla yoluxduğu məlum deyil.
QİÇS-na yoluxma hallarının çoxu Tbilisidə qeydə alınıb (3029 hal,
bunlardan 87 nəfəri xarici vətəndaş, ikisi naməlumdur); Sameqreloda
1153; İmeretidə 1004; Acarıstanda 958; Abxaziyada (526); Kaxetidə
(411) Kvemo Kartlidə (478); Şida Kartlidə (306); Quriyada (175);
Samtsxe-Cavaxetidə (112) və s.
Gürcüstanda ümumilikdə 116 QİÇS-na yoluxmuş uşaq aşkarlanıb.
Onların arasında 70-i oğlan, 46-sı qızdır. Bunlardan 27 nəfəri
vəfat edib. Üçü ölkədən gedib.
Yoluxma yollarına görə bölgü: şaquli (anadan) ötürülmə yolu ilə –
108 hal (onlardan biri ana südü); Qan qəbul edən – dörd, naməlum –
iki.