Fövqəladə vəziyyətdən kənar məhdudiyyətlər rejimi ilin sonuna qədər uzadıla bilər

Gürcüstan qanununda qəbul olunacaq dəyişikliklərlə bağlı olan “ictimai sağlamlıq haqqında” qanunlayihəsi Parlamentdə qeydiyyatdan keçib.


Qanunlayihəsinə əsasən 2021-ci ilin 1 yanvar tarixinə qədər hökumətin fövqəladə vəziyyətdən kənar məhdudiyyətlər tətbiq etmək imkanı olacaq.

Qeyd olunan qanunlayihəsinə əsasən “ictimai sağlamlıq haqqında” Gürcüstan qanunun məzmunu dəyişmir. Ancaq onun qüvvədə olma müddəti dəyişir. Məsələ Gürcüstan qanunu ilə 22 may tarixində qəbul olunmuş dəyişikliklərə aiddir. Həmin dəyişikliklərə əsasən hökumətə koronavirusun qarşısının alınması məqsədi ilə konstitusiya ilə nəzərdə tutulmuş hüquqları məhdudlaşdırmaq səlahiyyəti verir. Ancaq məhdudiyyətlər elə həyata keçirilməlidir ki, qeyd olunan məsələlər müzakirə üçün Parlamentin iclasına çıxarılmasın.

Qanunlayihəsinin izahat kartına əsasən onun məqsədi “pandemiyaya qarşı mübarizə üçün ani və effektiv tədbirlərin həyata keçirilməsinə görə imkan və proseslərin düzgün həyata keçirilməsini təmin edən” mövcud hüquqi mexanizmin 2020-ci ilin 15 iyul tarixindən sonra da qüvvədə qalmasıdır. Qanunlayihəsində qeyd olunub ki, koronavirus ölkə üçün yenidən vacib problem olaraq qalır və mövcud olan reallıqdan irəli gələrək idarə orqanına yenidən “müvafiq tənzimləmələr qəbul etmək və vacib tədbirlərin həyata keçirilməsi imkanı”-nın verilməsi vacibdir.
Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google