Qara qarışqaların bağırsaqlarında xərçəng xəstəliyinə qarşı təbii
antibiotik formalaşdıran bakteriyalar aşkar edilib.
Marneulifm xəbər verir ki, Moskva Dövlət Universitetinin
alimlərinin apardıqları tədqiqatlar belə deməyə əsas verir.
Araşdırmalar nəticəsində məlum olub ki, həmin bakteriyalar xərçəngə
qarşı xüsusiyyətlərə malik nibomitsin antibiotikləri yaradır.
Nibomitsin ilk dəfə 1955-ci ildə aşkar olunsa da, bu təbii
antibiotikin xüsusiyyətləri zəif öyrənilib. Bununla belə, bir sıra
müşahidələr nəticəsində həmin maddənin ağciyərdə yeni yaranan
xərçəng şişlərinin qarşısını aldığı məlum olub.
Mənbə: Publika.az