Daxili İşlər Nazirliyi Muxrani kəndində ata və babasını qətlə yetirməkdə ittiham olunan şəxsin saxlanılması barədə məlumat yayıb
Daxili İşlər Nazirliyi Muxrani kəndində ata və babasının qətlində ittiham olunan şəxsin saxlanılması barədə məlumat yayıb.

Msxeta-Mtianeti Polis Departamentinin Xəfiyyə İdarəsinin əməkdaşları Muxranidə 1992-ci il təvəllüdlü, keçmişdə müxtəlif cinayətlərə görə məhkum olunmuş Q.O.-nu, 2 və daha artıq şəxsin amansızlıqla qəsdən qətlə yetirilməsi ittihamı ilə saxlayıb.

Törədilmiş cinayətə görə 16 ildən 20 ilə qədər, yaxud ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

“İstintaq nəticəsində aydın olub ki, müttəhim cari ilin 7 iyul tarixində, öz yaşayış evində, atası, 1968-ci il təvəllüdlü A.O. və babası, 1945-ci il təvəllüdlü Q.O-nun bədəninə soyuq silahla çox sayda zərbə vurub və hadisə yerindən qaçaraq gizlənib. Nəticədə hər iki yaralı dünyasını dəyişib. Polislər Q.O.-nu 9 iyul tarixində Muxranidə saxlayıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə istintaq aparılır. Həmin maddə 2 və daha artıq şəxsin qəsdən amansızlıqla qətlə yetirilməsini nəzərdə tutur”, – DİN-nin yayımladığı məlumatda qeyd olunur.
Mənbə: İnterPressNews
Print