Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu keçib
Dünyada koronavirusa yoluxanların sayı 12 164 173 nəfərə çatıb – bu barədə məlumatı Worldometers yayımlayıb.

Həmin məlumatlara görə, bu günə qədər koronavirusdan 552 029 nəfər dünyasını dəyişib, 7 030 006 nəfər isə sağalıb.

Virusa yoluxma sayına görə birinci yerdə ABŞ durur. Ölkədə 3 158 932 yoluxma halı təsdiqlənib. Onlardan 134 862 nəfər dünyasını dəyişib, 1 392 679 nəfər isə sağalıb.

ABŞ-dan sonra 1 716 196 yoluxma və 68 055 ölüm halı ilə Braziliya ikinci yerdədir. Üçüncü yerdə isə Hindistan gəlir. Burada virusa yoluxanların ümumi sayı 769 052, ölənlərin sayı isə 21 144-nəfərdir.

Xatırladaq ki, yeni koronavirusa ilk yoluxma halı cari ilin yanvar ayının əvvəlində Çində qeydə alınıb. İlk ölüm halı isə 10 yanvar tarixində Çinin Uhan şəhərində təsdiqlənib.

Mənbə: İnterPressNews
Print