13 iyul tarixindən açıq məkanlarda mədəni tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlər götürüləcək
Gürcüstanın Baş naziri Qiorqi Qaxarianın bildirdiyinə görə, 13 iyul tarixindən ölkədə açıq məkanlarda mədəni tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlər götürüləcək. Qaxaria bu barədə hökumət iclası başlayana qədər baş tutan brifinqdə bildirib:

“Düşünürəm ki, xüsusilə indi, yay dövründə daxili turizm aktual olduğu zaman bunun böyük əhəmiyyəti var. Açıq səma altında keçiriləcək bütün tədbirlərə icazə veriləcək”, – Qiorqi Qaxaria bildirib.

Qeyd olunan məhdudiyyət ölkədə yeni koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuşdu.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google