İtaliyanın Roma şəhərində bir gürcü kişi saxlanılıb.
Bu barədə məlumatı İtaliya mətbuatı yayıb.
Verilən məlumata görə, kişi birinci mərtəbənin eyvanına qalxaraq
evə girib.
Bunu görən qonşu isə polis çağırıb. Polislər hadisə yerinə gəldikdə
isə həmin şəxs balkondan tullanıb qaçmağa çalışsa da, buna nail ola
bilməyib.
Həmin şəxs oğurluq zamanı evdən 2000 avro dəyərində olan Rolex
saatı götürübmüş.