Tbilisinin Temka rayonunda yaşayış binasının 10-cu mərtəbəsində
partlayış baş verib.
Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən “İnterpressNews”a
verilən məlumata görə, partlayış nəticəsində heç kim xəsarət
almayıb.
Verilən məlumata görə, hadisə yerinə 5 yanğınsöndürmə briqadası
səfərbər olunub.
"Yaşayış binasının 10-cu mərtəbəsində partlayış baş
verib, ev bağlı olub və evdə heç kim olmayıb. Yanğın baş verməyib,
pəncərələr sınıb və asma tavan aşağı çöküb. Hadisə yerinə 5
yanğınsöndürmə-xilasedici qrupu səfərbər olunub”, –
Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən bildirilib.