Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 9 nəfər artaraq
995-ə çatıb.
Bu barədə məlumat hökumət tərəfindən xüsusi yaradılmış stopcov.ge
veb saytında yerləşdirilib. Koronavirusdan sağalanların sayı isə
857 nəfərdir.
Karantin rejimində 5001, stasionar nəzarət altında isə 219 nəfər
var. Ölkədə bu günə kimi 15 nəfər koronavirusdan vəfat edib.
Eyni zamanda, 31 Gürcüstan vətəndaşı tibbi müalicə üçün xaricdən
Gürcüstana qaytarılıb.