15 iyul: koronavirusa 4 yeni yoluxma halı aşkarlandı, 3 nəfər isə sağaldı
15 iyul səhər saatlarına olan məlumatlara görə, Gürcüstanda son 24 saat ərzində koronavirusa 4 yeni yoluxma halı aşkarlanıb, daha 3 xəstə isə sağalıb.

Hökumətin rəsmi stopcov.ge veb-saytının verdiyi məlumata görə, Gürcüstanda Covid-19-a ümumilikdə 1003 yoluxma halı təsdiqlənib ki, onlardan da 873 nəfər sağalıb, 15 nəfər isə vəfat edib.

Digər məlumatlara gəlincə, hazırda 5640 nəfər karantin rejimində, 244 nəfər isə stasionarda nəzarət altındadır.

Xaricdən müalicə üçün gətirilən Gürcüstan vətəndaşlarının sayı isə 31 nəfərdir.
Print