Xəbərlər
Zuqdidi şəhərində Jumi çayında itmiş 15 yaşlı yeniyetmənin cəsədi tapılıb

Jumi çayında itmiş gənc iki günlük axtarışdan sonra Zuqdidinin Darçeli kəndində tapılıb.



Bu barədə kənd qəyyumu Mamuka Qoloqua məlumat verib.

Onun sözlərinə görə, 15 yaşlı yeniyetmənin cəsədi qumda batıb.

"Çayın səviyyəsi aşağı düşdüyü zaman itkin düşdüyü yerdən bir kilometr aralıda tapılıb", – deyə Qoloqua bildirib.

Fövqəladə Halların İdarəetmə Xidmətindən verilən məlumata görə, axtarışlara Sameqrelo-Zemo Svaneti, İmereti və Acarıstan bölgələrindən yanğınsöndürən-xilasedici qrupları cəlb olunub. Əməliyyatda Tbilisidən Xüsusi Fövqəladə Hallarla Mübarizə Baş İdarəsinin komandası da iştirak edib.

"Axtarış zamanı bir ədəd pilotsuz təyyarə və üç ədəd üzən maşın səfərbər olundu. Suyun dibi ekolot ilə yoxlanıldı. Əməliyyatın izlənildiyi yerdə, işçi qərargah yaradıldı", – məlumatda bildirilir.

Qeyd edək ki, itkin düşmüş azyaşlı barədə Daxili İşlər Nazirliyinin "112" İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzinə iyulun 13-də məlumat verilib, bundan sonra Təcili Yardım Xidməti Jumi çayında fəal axtarış-xilasetmə əməliyyatlarına başlayıb.



 

FaceBook Twitter Google
COVID-19-სთან ბრძოლაში რიჩარდ ლუგარის ცენტრის მნიშვნელობის ზრდასთან ერთად, კრემლისტური მედია, რომელიც წლებია ლაბორატორიასთან დაკავშირებით სხვადასხვა კონსპირაციას ავითარებს
სრულად
04:00 / 05.08.2020
დაიცავი დისტანცია