Xəbərlər
Prokurorluq Tbilisi Şəhər Məhkəməsindən qaçan dustaqla bağlı istintaqa başlayıb

Prokurorluq məhbusun Tbilisi Şəhər Məhkəməsindən qaçması ilə bağlı istintaqa başlayıb.


Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

"Hadisə ilə əlaqədar istintaq iki istiqamətdə başlayıb. Bunlardan biri Cinayət Məcəlləsinin 342-ci maddəsinin birinci hissəsi ilə nəzərdə tutulan vəzifəli şəxsin səhlənkarlıq törətməsi, digəri isə Cinayət Məcəlləsinin 379-cu maddəsinin birinci hissəsi ilə nəzərdə tutulan təqsirləndirilən şəxsin/məhkumun qaçmasıdır. Təqsiri sübuta yetirildiyi təqdirdə müttəhimi 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir", – deyə prokurorluqdan bildirlib.

Qurumun məlumatına görə, hazırki mərhələdə heç bir polis əməkdaşına qarşı ittiham irəli sürülməyib.

Qeyd edək ki, hadisə ilə əlaqədar Polis tərəfindən laqeydlik istiqamətində Prokurorluq tərəfindən istintaq aparılır, Daxili İşlər Nazirliyi isə məhkumun qaçması ilə bağlı araşdırma aparır.

Əldə olunan məlumata görə, oğurluqda təqsirləndirilən Zaal Dzaqanişvili dünən məhkəmə yaxınlığında polislərdən qaçıb.

Dzaqanişvilinin ailəsinin bildirdiyinə görə, 20 yaşlı Zaal Dzaqanişvili hüquq mühafizəçiləri siqaret çəkərkən maşından qaçıb.

 

FaceBook Twitter Google
COVID-19-სთან ბრძოლაში რიჩარდ ლუგარის ცენტრის მნიშვნელობის ზრდასთან ერთად, კრემლისტური მედია, რომელიც წლებია ლაბორატორიასთან დაკავშირებით სხვადასხვა კონსპირაციას ავითარებს
სრულად
04:00 / 05.08.2020
დაიცავი დისტანცია