Ərcivan Sarvan kəndində su quruyur, yol problemi həll olunmadan qalıb, kənddə təbii qaz isə heç vaxt olmayıb (VİDEO/FOTO)
14:34 / 05.08.2020
İçməli su, yol, otlaq sahələrinin və təbii qazın olmaması bir
çox bələdiyyələrdə problem olaraq qalmaqdadır. Bu bələdiyyələdən
biri də Tsalka rayonudur.
Marneuli rayonunun kəndlərindən heçdə fərqlənməyən Tsalka rayonun
Ərcivan Sarvan (Dağ Sarvan) kəndində demək olar ki, sakinlər torpaq
yollarla hərəkət edirlər, evlərin isidilməsində isə odun və kərmə
kimi yanacaqlardan istifadə edirlər.
Ərcivan Sarvan sakinləri “Marneuli” radiosu ilə söhbətləri zamanı
bildirdilər ki, illərdir ki, kənddə nə yol, nə də təbii qaz olub.
Onların sözlərinə görə, digər qonşu kəndlərə yol, su, təbii qaz
xətləri çəkilsə də, Ərcivan Sarvan kəndində heç bir iş
görülmür.
Yerli əhali 9 km-lik yolu yarım saatdan çox vaxt sərf edərək, əsas
yola çıxırlar. Əhalinin dediyinə görə, dəfələrlə aidiyyəti
orqanlara müraciət ediblər və onlara bildiriblər ki, kənddə yol,
təbii qaz və su xətti çəkiləcək. Amma bu günə qədər kənddə heç bir
iş görülməyib.
Ərcivan Sarvan sakinlərinin əsas gəlir mənbəyi əkinçilik və
maldarlıqdır. Onlar ümid edir ki, nə vaxtsa onların kəndində də
asfalt yol, təbii qaz və evlərində içməli su olacaq.
Tsalka merinin birinci müavini Anzor Xinikadze “Marneuli” radiosu
ilə söhbəti zamanı bildirdi ki, kəndə təbii qaz çəkilməsi üçün
bələdiyyədə müvafiq tender artıq elan olunub və güman ki, 2021-ci
ildə Ərcivan Sarvan və Tsalkanın digər 9 kəndində təbii qaz
olacaq.
“Az-çox su problemi də var, amma bu əsasən yayda son üç
ay ərzində yaranır. Çayın suyu mənbələrdə azalır. Bilmirəm bu
qlobal istiləşməyə görə olur, yoxsa necə. Bəzi kəndlərdə sular
təmiz quruyub və quyular düzəltdik. Bu kənddə hələ heç nə
planlaşdırılmır, çünki su çatışmazlığı ilə bağlı söhbət bu kənddə
bu il başladı. Bundan irəli gələrək bu ilin büdcəsində su ilə bağlı
heç nə nəzərə alınmayıb”, – Anzor Xinikadze dedi.
Tsalka bələdiyyəsinin merinin birinci müavininin sözlərinə görə
kəndə gedən yolun yalnız 3 km bələdiyyənin balansındadır, qalan 5
km isə Yol Departamentinin balansına daxildir. Xinikadzenin
sözlərinə görə, Yol Departamenti 2021-ci ildə 5 km yola asfalt qatı
çəkməyi planlaşdırır və bundan sonra yerli özünüidarə Ərcivan
Sarvana qədər yol çəkəcək.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166