Meriyanın elan etdiyi tenderdə iştirak edən yeganə şirkət –
“Ba-ni” texniki sənədlərə görə uzaqlaşdırılıb. Tenderin dəyəri 408
452 lari təşkil edir.
“Tender komissiyası müəyyən edib ki, “Ba-ni” MMC
tərəfindən yüklənmiş texniki sənədlər tender şərtlərinə uyğun
deyil. Buradan irəli gələrək dövlət alqı-satqıları agentliyinin
sədrinin 16/06/2017-ci ilin 12 saylı sərəncamının 32-ci maddəsinin
1-ci hissəsinin “b” bəndi əsasında “Ba-ni” MMC tenderdən
uzaqlaşdırılsın”, – tender komissiyasının
protokolunda yazılıb.
Qeyd edək ki, Meriya Marneuli bələdiyyəsinin Tamarisi kəndində cüdo
zalının tikinti işlərinin alqı-satqısı üçün tenderi 2019-cu ilin 29
yanvar tarixində də elan etmişdi.
O zaman tenderdə “Anana” MMC qalib gəlmişdi və şirkət Marneuli
meriyasına 777 777 lariyə zalı tikməyi təklif etmişdi. Yeni
tenderin elan olunmasına “Anana” MMC ilə müqavilənin
dayandırılmasına görə ehtiyac yaranıb. Yerli özünüidarədən
bildirdilər ki, “Anana” şirkətinin qara siyahıya daxil edilməsi
üçün lazımi sənədləri müvafiq orqana göndəriblər.
İndiki mərhələdə Tamarisi cüdo zalının yalnız “qara karkası”
tikilib. Binanın hələ də dam örtüyü yoxdur.