Axaltsixe şəhərində yaşayan Azərbaycan vətəndaşının avtomobilinə ziyan vurublar
Axaltsixe şəhərində yaşayan Azərbaycan vətəndaşı Ramin Mərdalıyevin avtomobilinə ziyan vurublar.

Bu barədə məlumat əvvəlcə "sknews" tərəfindən yayılıb. Onların bildirdiyinə görə, qəza avqustun 4-də baş verib və avtomobilin ön və arxa şüşələri qırılıb.

Mərdəliyevin "sknews"-a bildirdiyinə görə, heç kimlə şəxsi qarşıdurması olmayıb. O, bildirib ki, bu hadisə baş verən zaman qonşular onun evindən yuxarıda içki içirdilər və o da hadisəni oların törətdiyindən şübhələnir.

"Gecə saat on iki olardı, hamımız evdə yatdıq, bir neçə nəfər gəldi, kim olduğunu bilmirəm, 2-3 dəqiqəyə maşını zədələdilər və dərhal qaçdılar. Bir səs eşitdim, əynimi geyinib çıxana qədər, onlar artıq qaçmışdılar, heç kəsi tanımırdım. Mən də polisə zəng etdim",
— deyə Mərdaliyev bildirib.

Onun sözlərinə görə, hələ də polisdən cavab gözləyir.

"Mənə heç nə deyilmir, mən diqqətdən kənarda qalmışam, çünki mən Azərbaycan vətəndaşıyam", — deyə o, bildirib.

Məlumatı yoxlamaq üçün “Netgazeti” Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb, oradan istintaqın getdiyini və Cinayət Məcəlləsinin əşyanın zədələnməsini və ya məhv edilməsini nəzərdə tutan 187-ci maddəsi ilə istintaq başladıldığı bildirilib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google