Əliyevin sözlərinə görə, yaxın vaxtlarda Gürcüstan üzərindən Avropaya qaz tədarükünə başlanılacaq
Azərbaycan respublikasının prezidenti İlham Əliyev “Şahdəniz” yatağından Azərbaycan qazının Avropa ölkələrinə ixracı və Cənub Qaz Boru Kəməri layihəsinin yaxın aylarda başa çatması barədə danışıb.

“Bu gün diqqətimiz Cənub Qaz Boru Kəməri Dəhlizinin tamamlanmasına yönəlib. Bu TAP-ın dördüncü və son layihəsidir. Nəticə etibarı ilə 3500 kilometr uzunluğunda bir-birini bağlayan üç qaz kəmərinin tikintisi tamamlandı və Azərbaycan qazının Avropa məkanına tədarükü artıq mümkün olacaqdır. Bu, bizim üçün çox vacibdir və hesab edirəm ki, bu, tarixi bir hadisədir, çünki bu layihə “Şahdəniz” təbii qaz yatağının tam işləməsinə imkan verir.

“Şahdəniz”dən qaz Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya tədarük ediləcək. Əgər Albaniyada bir qaz kəməri olarsa, o da təbii ki, tərəfdaşımız olacaq və oraya da ixrac edəcəkdir. Azərbaycan qazı digər qonşu ölkələrə - Balkan dövlətlərinə də veriləcək",
– deyə Əliyev qeyd edib.

Əliyev deyir ki, “Şahdəniz” Azərbaycana və tərəfdaş ölkələrə ən azı 100 il ərzində təbii qaz verəcəkdir.

“Cənub Qaz Dəhlizi” layihəsinin inşasına 2014-cü ildə başlanılıb.

“Cənubi Qafqaz Boru Kəməri” (CQBK-690 km) Azərbaycanı Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirir. Trans-Anadolu Boru Kəməri (TANAP - 1900 km) Türkiyəni Yunanıstan ilə birləşdirir. Trans-Adriatik Boru Kəməri (TAP - 870 km) Yunanıstandan Albaniyaya və Adriatik dənizinə keçərək İtaliyanın cənubuna qədər axır.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google