BBC xəbər verir ki, demokrat Co Bayden vitse-prezidentliyə
Kaliforniya senatoru Amala Harrisin namizədliyini irəli sürüb.
Nəşrin yazdığına görə, Bayden "qorxmaz döyüşçü və ölkənin ən yaxşı
məmurlarından biri" olaraq xarakterizə etdiyi Amala Harrisin adını
çəkməkdən böyük şərəf duyduğunu söyləyib.
Harris də öz növbəsində Demokrat Partiyasının vitse-prezidentliyə
namizədi olmaqdan şərəf duyduğunu bildirib: "Co Bayden Amerika
xalqını birləşdirə bilər, çünki bütün ömrünü bizim üçün mübarizə
aparmaqda keçirib. Partiyamızın vitse-prezidentliyə namizədi
olmağımdan və onun baş komandamız olması üçün işləməkdən şərəf
duyuram."
BBC yazır ki, Kaliforniya ştatının keçmiş baş prokuroru Amala
Harris vitse-prezidentliyə namizəd kimi irəli sürülmüş ilk qara
dərili qadın və asiyalı amerikalıdır.
Harris oktyabrın 7-də rəqibi Donald Trampın vitse-prezidentliyə
namizədi Mayk Penslə debat keçirəcək.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də
keçiriləcək.