Co Bayden vitse-prezident vəzifəsinə senator Amala Harrisin namizədliyini irəli sürdü
BBC xəbər verir ki, demokrat Co Bayden vitse-prezidentliyə Kaliforniya senatoru Amala Harrisin namizədliyini irəli sürüb.

Nəşrin yazdığına görə, Bayden "qorxmaz döyüşçü və ölkənin ən yaxşı məmurlarından biri" olaraq xarakterizə etdiyi Amala Harrisin adını çəkməkdən böyük şərəf duyduğunu söyləyib.

Harris də öz növbəsində Demokrat Partiyasının vitse-prezidentliyə namizədi olmaqdan şərəf duyduğunu bildirib: "Co Bayden Amerika xalqını birləşdirə bilər, çünki bütün ömrünü bizim üçün mübarizə aparmaqda keçirib. Partiyamızın vitse-prezidentliyə namizədi olmağımdan və onun baş komandamız olması üçün işləməkdən şərəf duyuram."

BBC yazır ki, Kaliforniya ştatının keçmiş baş prokuroru Amala Harris vitse-prezidentliyə namizəd kimi irəli sürülmüş ilk qara dərili qadın və asiyalı amerikalıdır.

Harris oktyabrın 7-də rəqibi Donald Trampın vitse-prezidentliyə namizədi Mayk Penslə debat keçirəcək.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.

Mənbə: İnterPressNews
Print