12 avqust: koronavirusa 14 yeni yoluxma halı aşkarlandı, 4 nəfər isə sağaldı
12 avqust səhər saatlarına olan məlumatlara görə, Gürcüstanda son 24 saat ərzində koronavirusa 14 yeni yoluxma halı aşkarlanıb, daha 4 xəstə isə sağalıb.

Hökumətin rəsmi stopcov.ge veb-saytının verdiyi məlumata görə, Gürcüstanda Covid-19-a ümumilikdə 1278 yoluxma halı təsdiqlənib ki, onlardan da 1058 nəfər sağalıb, 17 nəfər isə vəfat edib.

Digər məlumatlara gəlincə, hazırda 7208 nəfər karantin rejimində, 245 nəfər isə stasionarda nəzarət altındadır.

Xaricdən müalicə üçün gətirilmiş Gürcüstan vətəndaşlarının sayı isə 41 nəfərdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google