İranda ötən sutka ərzində koronavirusdan (COVID-19) 176 nəfər ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü
Sima Sadat Lari deyib.
Onun sözlərinə görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı
23 808 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 815 nəfər
koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı
413 149 nəfərə yüksəlib.
O əlavə edib ki, İranda indiyədək 35 848 nəfər koronavirusdan
sağalıb.
Mənbə: apa.az