Koronavirusa yeni 227 yoluxma halından 165-i Acarıstanda, 34-ü isə Tbilisidə qeydə alınıb

Yoluxucu Xəstəliklər Klinikasının qapalı şöbəsinin rəhbəri Marina Endeladzenin sözlərinə görə, yeni 227 halda 165 Acarıstanda təsdiqlənib. 34 yoluxma halı isə Tbilisidə qeydə alınıb.



Marina Endeladze bildirib ki,, yeni yoluxmalara görə Acarıstan liderlik edir.

“Acarıstanda 165 yeni yoluxma qeydə alınıb. Tbilisidə 34, Rustavidə 4, İmeretidə 14, onlardan ikisi Tercolada, Kutaisidə 12, Quriyada 4, onlardan biri Lançxutidə, Ozurgetidə 3, Duşetidə 1, Zuqdididə 2 yoluxma halı qeydə alınıb”,
– Endeladze qeyd edib.

Mənbə: İnterPressNews

 

Print