Gürcüstanda 5 ay ərzində təkrar istifadə oluna bilən 5,4 milyon
ədəd maska tikilib. "Interpresnews"-a bu barədə İqtisadiyyat və
Davamlı İnkişaf Nazirliyindən bildiriblər.
"Interpresnews" həmin maskalar üçün bint alınmasına büdcədən nə
qədər pul xərcləndiyi ilə maraqlanıb. Maskanın qiyməti 50
tetridir.
Qurumdan agentliyə verilən məlumata görə, 5,4 milyon ədəd maskanın
tikilməsi üçün dövlət büdcəsindən 3,6 milyon lari xərclənib.
“Pandemiya dövründə maska çatışmazlığı yarandığına görə
yerli maska istehsalına ehtiyac duyuldu. Qurumlararası Şuranın
qərarı ilə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi onun nəzdində
fəaliyyət göstərən “Gürcüstanda İstehsal Et” təşkilatının köməyi
ilə çoxqatlı maskaların kütləvi istehsalını həyata keçirə bildi.
Qeyd olunan prosesdən əvvəl hazırlıq dövrü keçirildi və bu zaman
maskanın prototipləri hazırlandı və Luqar laboratoriyasına
göndərildi. Bintdən hazırlanacaq maska standartı Luqar
laboratoriyası tərəfindən maskaların protokolu təsdiqləndi və başqa
texniki məsələlər, logistika məsələləri həll olundu. Ümumilikdə
layihə çərçivəsində 5 ay ərzində 5,4 milyon ədəd maska istehsal
edildi. İstehsal prosesində layihənin müxtəlif mərhələlərinə
ümumilikdə 16 qurum qoşulmuşdu və 900-ə yaxın əməkdaş işlə təmin
olunmuşdu. Qurumların bir qismi maskanın müəyyən qədərini
təmənnasız istehsal etdi”, – İqtisadiyyat Nazirliyindən
bildiriblər.
Nazirliyin məlumatına görə, təkrar istifadə oluna bilən maskaların
istehsalının davam etdirilməsi epidemioloji vəziyyətə və bazarın
tələblərinə bağlı olacaq.