Gürcüstanda 5 ay ərzində 5,4 milyon ədəd maska tikilib

Gürcüstanda 5 ay ərzində təkrar istifadə oluna bilən 5,4 milyon ədəd maska tikilib. "Interpresnews"-a bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildiriblər.



"Interpresnews" həmin maskalar üçün bint alınmasına büdcədən nə qədər pul xərcləndiyi ilə maraqlanıb. Maskanın qiyməti 50 tetridir.

Qurumdan agentliyə verilən məlumata görə, 5,4 milyon ədəd maskanın tikilməsi üçün dövlət büdcəsindən 3,6 milyon lari xərclənib.

“Pandemiya dövründə maska çatışmazlığı yarandığına görə yerli maska istehsalına ehtiyac duyuldu. Qurumlararası Şuranın qərarı ilə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi onun nəzdində fəaliyyət göstərən “Gürcüstanda İstehsal Et” təşkilatının köməyi ilə çoxqatlı maskaların kütləvi istehsalını həyata keçirə bildi. Qeyd olunan prosesdən əvvəl hazırlıq dövrü keçirildi və bu zaman maskanın prototipləri hazırlandı və Luqar laboratoriyasına göndərildi. Bintdən hazırlanacaq maska standartı Luqar laboratoriyası tərəfindən maskaların protokolu təsdiqləndi və başqa texniki məsələlər, logistika məsələləri həll olundu. Ümumilikdə layihə çərçivəsində 5 ay ərzində 5,4 milyon ədəd maska istehsal edildi. İstehsal prosesində layihənin müxtəlif mərhələlərinə ümumilikdə 16 qurum qoşulmuşdu və 900-ə yaxın əməkdaş işlə təmin olunmuşdu. Qurumların bir qismi maskanın müəyyən qədərini təmənnasız istehsal etdi”, – İqtisadiyyat Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına görə, təkrar istifadə oluna bilən maskaların istehsalının davam etdirilməsi epidemioloji vəziyyətə və bazarın tələblərinə bağlı olacaq.


Mənbə: İnterPressNews

 

Print