Çavçavadze prospektində avtobus piyadanı vurub

Tbilisidə Çavçavadze prospektində sərnişin avtobusu piyadanı vurub. Hadisə 22 sentyabr tarixində gecə saatlarında baş verib.



Təcili yardım mərkəzindən "Netgazeti”-yə verilən məlumata görə, piyada orta dərəcəli bədən xəsarətləri ilə Xeçinaşvili klinikasına yerləşdirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin nəqliyyat vasitəsinin sürücüsü tərəfindən avtomobilin, tramvayın, trolleybusun, traktorun və ya digər mexaniki nəqliyyat vasitəsinin hərəkəti təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsinin 2-ci hissəsi ilə istintaqa başlanılıb.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google