Gürcüstanda ümumilikdə 27 nəfər koronavirusdan dünyasını dəyişib.
Xəstəliyə yoluxmuş şəxs Batumidəki Respublika Xəstəxanasında
müalicə olunurdu.
Acarıstanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, dünyasını
dəyişən 54 yaşlı kişi təcili tibbi yardım briqadası tərəfindən 20
sentyabr saat 15:45-də kəskin tənəffüs çatışmazlığı, qızdırma, 80%
ağciyər zədəsi diaqnozu ilə xəstəxanaya gətirilib. Xəstə
reanimasiya şöbəsinə yerləşdirilib.
“Xəstənin vəziyyəti klinikaya daxil olan kimi ağır
qiymətləndirildi. Xəstənin mürəkkəb bir anamnezi var idi: xərçəng,
tənəffüs çatışmazlığı, ürək çatışmazlığı.
Klinikada bütün müvafiq tədbirlər aparıldı, lakin müşayiət olunan
xəstəliklərin mürəkkəbliyi səbəbindən təəssüf ki, xəstəni xilas
etmək mümkün olmadı. Xəstə 25 sentyabr tarixində, saat 10:00-da
dünyasını dəyişdi”, – deyə nazirlikdən
bildirilib.
Mənbə: batumelebi.netgazeti.ge