Gürcüstanda 32-ci xəstə koronavirusdan həyatını itirib.
Bu barədə məlumat stopcov.ge saytından verilib. Mərhum haqqında
əlavə məlumat hələ məlum deyil.
Bu, son 24 saat ərzində koronavirusdan 4-cü ölüm hadisəsidir.
Hazırda ölkədə 5552 təsdiqlənmiş koronavirus hadisəsi mövcuddur ki,
onlardan 2054 nəfəri sağalıb.