Gürcüstanda daha 314 nəfər koronavirusa yoluxub
29 sentyabr tarixinə olan məlumata görə, son 24 saat ərzində Gürcüstanda koronavirusa (Covid-19) 314 yeni yoluxma halı aşkarlanıb və yoluxan insanların sayı 5866 nəfərə çatıb.

Bu barədə məlumat hökumət tərəfindən xüsusi yaradılan stopcov.ge saytında yayımlanıb.

Sağalanların sayında da artım var – daha 33 nəfər sağalıb və sağalanların sayı 2324 nəfər olub. Bu günə qədər isə Gürcüstanda koronavirusdan 33 nəfər dünyasını dəyişib.

Karantin rejimində 5637, stasionar nəzarət altında 836 nəfər var, 800 simptomsuz xəstə xüsusi mehmanxanalarda müalicə olunur. Bundan əlavə, 41 nəfər Gürcüstan vətəndaşı müalicə üçün xaricdən ölkəyə gətirilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google