“Vaksinasiya planına əsasən, Gürcüstan əhalisinin 60
%-i koronavirus əleyhinə peyvənd olunacaq”.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze
bildirib.
Onun sözlərinə görə, 18 yaşa qədər olan şəxslərə vaksin
vurulmayacaq, belə ki, bu yaşdan kiçik olanların peyvəndlənməsi ilə
bağlı tibbi araşdırma aparılmayıb.
Mərkəz rəhbəri qeyd edib ki, kollektiv immunitetin yaradılması və
normal həyat ritminə qayıtmaq üçün əhalinin 60 %-i vaksinasiya
olunmalıdır.
A.Qamkrelidze peyvəndləmənin 65-170 milyon lariyə başa gələcəyini
deyib.
Mənbə: report.az