2020-ci ildə Gürcüstan Azərbaycana 13 838.42 min dollar dəyərində 5
583.94 ton canlı iribuynuzlu mal-qara ixrac edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara
əsasən təqdim etdiyi hesabatında bildirilib.
Hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri 3 746 min
dollar və ya 37% artıb, çəkisi isə 83.1 ton və ya 1.4% azalıb.
2019-cu ildə Gürcüstanın Azərbaycana 10 092.42 min dollar dəyərində
5 667.04 ton canlı iribuynuzlu mal-qara ixrac edib.
Mənbə: apa.az