"Qarabağ münaqişəsinin həlli region üçün yeni imkanlar açacaq" – Zurab Qumberidze
"26 fevral tarixinin Azərbaycan üçün nə qədər ağrı-acılı gün olduğunu bilirəm".

Bunu Gürcüstanın Azərbaycanda 1997-2007-ci illərdə səfiri olan Zurab Qumberidze Tbilisidə Xocalı faciəsinə həsr olunan anım mərasimində çıxışında deyib.

O, Xocalı faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad etdiyini qeyd edib: "Şadam ki, münaqişənin həllinə nail olundu. Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə tədrik edirəm".

Z.Qumberidzenin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev bölgədə sülhə nail olunması üçün böyük səylər göstərir: "Azərbaycan-Ermənistan münaqişəsinin həlli region üçün yeni imkanlar açacaq".

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google