"Hər il Xocalı faciəsini yad edəndə və soyqırımı
qubanlarının xatirəsini ananda biz ədalət və günahkarların
cəzalandırılmasını tələb edirdik".
Bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Tbilisidə
Xocalı faciəsinə həsr olunan anım mərasimində çıxışı zamanı
deyib.
Onun sözlərinə görə, qətliamı törədənlər hələ də cəzasız qalıblar:
"İnanırıq ki, Xocalı qurbanları üçün də ədalət tezliklə
zəfər çalacaq".
F.C.Yazqan bildirib ki, qardaş Azərbaycanın Qələbəsi ilə
xocalıların ağrı-acısı bir az azalıb, lakin ədalət soyqırımı
tanımaq və cinayətdə birbaşa əli olanların cəzalandırılmasından
keçir.
Mənbə: report.az