“Əminəm ki, ardıcıl fəaliyyətimiz və beynəlxalq
tərəfdaşların dəstəyi ilə Gürcüstan ərazilərinin sülh yolu ilə
işğaldan azad edilməsinə mütləq nail olacağıq”.
Bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David
Zalkaliani deyib.
Onun sözlərinə görə, 100 il bundan öncə - 1921-ci ilin fevralın
25-də Qırmızı ordu Tbilisiyə daxil olub və bu gün Gürcüstan
tarixinə ölkənin sovetləşdirilməsi günü kimi daxil olub.
XİN başçısı bildirib ki, bu gün də Rusiya beynəlxalq hüququn əsas
prinsiplərini – Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü
pozmaqda davam edir və ölkənin iki ayrılmaz bölgəsi – Abxaziya və
Cənubi Osetiyanı işğalda saxlayır.
D.Zalkaliani Gürcüstanın demokratik prinsiplərin möhkəmləndirilməsi
və inkişaf etdirilməsi istiqamətində ardıcıl xarici siyasət
yürütdüyünü qeyd edib:
“Əminəm ki, Gürcüstan ümumi
Avropa ailəsində layiqli yerini tutacaq”.
Mənbə:
report.az