Gürcüstanda koronavirusa yoluxanların sayı 270 mini ötüb
Gürcüstanda son sutkada koronavirusa 337 yeni yoluxma faktı təsdiqlənib, 320 nəfər sağalıb, 10 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək ölkədə COVID-19 infeksiyası 270 137 nəfərdə aşkarlanıb ki, onların da 264 047-si sağalıb, 3 485-i isə dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Gürcüstanda koronavirusa ilk yoluxma halının qeydə alınmasından bir il ötür.
Print ელ. ფოსტა
FaceBook Twitter Google