Tbilisidə insanlar Xocalı qətliamı barədə məlumatlandırılır
Azərbaycanın Gürcüstandakı səfirliyi və Heydər Əlitev Fondunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məlumatlandırma kampaniyası keçirirlir.

Səfirlik binasının yaxınlığında yerləşdirilən led monitorda faciəni əks etdirən foto və video mateiallar nümayiş etdirilir.

Səfirlik əməkdaşları, Gürcüstanın azərbaycanlı icmasının üzvləri, iş adamları və ictimaiyyət nümayəndələri Xocalının günahsız qurbanlarının xatirəsini anmaq üçün guşəyə baş çəkirlər. Anım mərasiminin iştirakçıları faciə mövzusunda sərgilənən fotoşəkillərin önünə güllər düzürlər, şam yandırırlar. Guşədə həmçinin "Xocalıya ədalət" jurnalı, faciə barədə xarici mətbuatda dərc edilən məqalələr də təqdim olunub.

Kampaniya çərçivəsində Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinə məxsus və üzərində "Xocalıya ədalət" kampaniyasının loqosu və Bakıdakı "Ana fəryadı" abidəsinin təsvirinin yer aldığı plakatlar olan 3 kiçik və 5 böyük həcmli yük avtomobilləri gün ərzində Tbilisinin insanların sıxlıq təşkil etdiyi küçə və prospektlərində hərəkət edəcəklər.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google