Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar “Xocalıya Ədalət!”
beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Gürcüstan
paytaxtı Tbilisidə avtoyürüş təşkil olunub.
Üzərində “Xocalıya ədalət!” kampaniyasının loqosunu və Bakıdakı
soyqırımı abidəsini özündə əks etdirən plakatlar yerləşdirilmiş 3
kiçik və 5 böyük yük avtomobili fevralın 26-da səhər tezdən axşam
saatlarınadək Tbilisi şəhəri ərazisində hərəkət edib.
Səfirliyin qarşısından hərəkətə başlayan avtomobillər şəhərin
mərkəzi küçə və prospektlərindən keçib.
Bu yürüş əhalinin diqqətini cəlb edib və böyük marağına səbəb
olub.
Mənbə: azertac.az