Gürcüstan ötən il Ukraynadan 294 ton kolbasa alıb
2020-ci ildə Gürcüstan Ukraynadan ümumilikdə 294 ton kolbasa və kolbasa məmulatları idxal edib.

Bu barədə “Marneuli” radiosu Ukrayna mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bu həcm Ukraynanın ümumikdə ixrac etdiyi kolbasa və kolbasa məhsullarının 21 %-nə bərabərdir.

Ötən il Ukrayna ümumilikdə 1 400 ton kolbasa və kolbasa məmulatları ixrac edib. Ukrayna kolbasasının əsas alıcısı 350 tonluq (25 %) göstərici ilə Nigeriya olub.

Hesabat dövründə Ukraynadan Azərbaycan 182 ton (13 %), İordaniyaya 154 ton (11 %), Moldovaya isə 70 ton (5 %) kolbasa və kolbasa məhsulları ixrac edilib.

2020-ci ildə Ukraynanın idxal etdiyi kolbasa və kolbasa məhsullarının həcmi isə 4 700 ton təşkil edib. Bu həcm 2019-cu illə müqayisədə 2 dəfə, 2016-cı illə müqayisədə isə 12 dəfə çoxdur.

İdxal əsasən Avropa ölkələrindən həyata keçirilib. Bu baxımdan Polşa lider olub. Bu ölkədən Ukraynaya 3 431 ton kolbasa və kolbasa məhsulları idxal edilib ki, bu da ümumi kolbasa və kolbasa məhsullarıın idxalında 73 % paya bərabərdir. İdxalın dəyərinə görə isə İspaniya ilk yeri tutub. Bu ölkədən Ukraynaya 2 021 ton kolbasa və kolbasa məhsulları gətirilib ki, bu da ümumi kolbasa və kolbasa məhsullarıın idxalına çəkilən xərcdə 43 % paya malik olub.

Bununla belə, Ukrayna bazarında idxal kolbasanın ümumi payı cəmi 1,4 % təşkil edib.

Mənbə: report.az
Print