"Pfizer" 12-15 yaşlı uşaqlar üçün yeni növ koronavirus (COVID-19)
əleyhinə vaksini növbəti tədris ili başlayanadək hazırlayacaq.
Bu barədə "Pfizer"in peyvənd klinik tədqiqatları və inkişafı üzrə
baş vitse-prezidenti Uilyam Qraber bildirib.
Onun sözlərinə görə, şirkət hazırda kliniki sınaqlar həyata
keçirir, artıq 12-15 yaş aralığından olan 2 259 yeniyetmədə
vaksinin tətbiqi dəyərləndirilib və yaxın vaxtlarda effektivlik və
təhlükəsizliklə bağlı məlumatlar ictimaiyyətlə paylaşılacaq.
Qraber onu da qeyd edib ki, yaşı 18-dən az olanların vaksinasiyası
virusun yayılmasının qarşısının alınması baxımından önəmli addım
olacaq.
Mənbə: apa.az