Daxili İşlər Nazirliyi Polis İdarəsinin Dedektivlər Şöbəsinin
əməkdaşları Kutaisidə narkotiklərin qanunsuz alqı-satqısı ittihamı
ilə 1966-cı il təvəllüdlü şəxsi saxlayıblar.
Hüquq mühafizə orqanları, sözügedən şəxsin axtarışı zamanı narkotik
vasitəsi olduğu güman edilən 127 növ müxtəlif həb, 20 ədəd kristal,
22 ədəd həb qırıntısını sübut olaraq götürüblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin narkotik maddələrin
qanunsuz alqı-satqısını nəzərdə tutan 260-cı maddəsi ilə istintaq
başladılıb.
Mənbə: report.ge