Təhsil Nazirliyindən verilən məlumata görə, daxili yayılma olmasa
da, məktəblərdə yoluxma nisbəti bu həftə bir qədər artıb.
Qurumdan verilən məlumata görə, aprelin 5-dən 10-dək məcburi test
nəticəsində ölkə daxilində müəllimlərin və məktəb rəhbərlərinin
0,2%-i və şagirdlərin 0,04%-inin virusa yoluxduğu müəyyənləşib.
"Valideynlərin tələbi ilə, həmçinin, virusun
təsdiqlənməsi səbəbindən bu mərhələdə ölkə daxilində 43 məktəb və
174 sinif tam distant tədris rejiminə keçmişdir.
Ölkə daxilində, risk qrupunda olan, məsafədən tədris etmək üçün
məktəblərə müraciət edən və xüsusi müavinət alan müəllimlərin
sayında artım olmuşdur. Bu mərhələdə ölkə üzrə 98 müəllim distant
şəkildə dərs keçir”, - deyə nazirlikdən
bildirilib.