Gürcüstanda sutka ərzində koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda ötən sutkada daha 1 310 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 12 pasiyent vəfat edib.



Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 299 038-ə, ölənlərin sayı isə 3 971-ə yüksəlib.

Son 24 saat ərzində sağalanların sayı 632 nəfər artaraq 282 869 olub.

 

Print