404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Xəbərlər
Rusiya erməni əsirlərinin qaytarılması məsələsi ilə bağlı müzakirələri dəstəkləməyib
Avropa Şurası Parlament Assambleyasının [PACE] 19-22 aprel sessiyasında Rusiya nümayəndə heyətinin 12 üzvündən 5-i erməni əsirlərinin [həm hərbi, həm mülki] geri qaytarılması ilə bağlı müzakirəni dəstəkləməyib [Ermənistan tərəfi təxminən 100-200 əsirdən bəhs edir].
12 üzvdən digər 7 üzv isə bitərəf qalıb.

Ermənistan nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan, azadlıq radiosunun Ermənistan xidmətinə – azatutyun.am- səhifəsinə verdiyi açıqlamasında "Rusiya rəsmi olaraq Ermənistanın strateji müttəfiqi hesab edildiyi halda, nəyə görə Rusiya nümayəndə heyəti erməni əsirlərin qaytarılması ilə bağlı müzakirələrə dəstək verməyib?" sualına cavab olaraq, baş verənlər barədə Rusiyanın nümayəndə rəhbəri Pyotr Tolstoyla danışıb.

"Mənə ünsiyyət problemi yarandığını və əslində Rusiyanın erməni əsirlərin dərhal geri qaytarılmasını dəstəklədiyini bildirdi", – Ermənistan nümayəndə heyətinin rəhbəri bildirib.

"Bütün bunlar nə deməkdir? O deməkdir ki, əsirlərimizin qaytarılmasının Rusiya üçün əhəmiyyəti yoxdur. Niyə səs verə bilmədikləri ilə bağlı fərqli açıqlamalar verilib, lakin, bunlar bizi maraqlandırmır və maraqlandırmamalıdır da", – analitik Ruben Marqaryan qeyd edib.

Rusiya nümayəndə heyətindən başqa, Azərbaycan və Türkiyə nümayəndə heyətləri də əsirlərin geri qaytarılması məsələsini dəstəkləməyiblər.

Ümumilikdə, 93 nümayəndə müzakirəni dəstəkləyib, 21 nümayəndə əleyhinə olub, 18 nümayəndə isə bitərəf qalıb.

Mənbə: Netgazeti
FaceBook Twitter Google
დაიცავი დისტანცია