Zestafonidə azyaşlını qatar vurub.
Əldə olunan məlumatlara görə, hadisə Aqameti kəndində baş
verib.
Şahidlərin sözlərinə görə, yeniyetmə yerindəcə keçinib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı
Gürcüstan Cinayət Məcəlləsinin nəqliyyat vasitəsinin hərəkəti
təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəticəsində
insan həyatının itirilməsini nəzərdə tutan 275-ci maddəsinin 4-cü
hissəsi ilə istintaq başladılıb.