Komendant saatı yenə qüvvədə qalır
Komendant saatı yenə də qüvvədə qalır. Bu barədə Qurumlararası Şuranın iclasından sonra bildiriblər.

“Qurumlararası Şuranın qərarı ilə sərt məhdudiyyətlərin və epidemioloji vəziyyətin daha da ağırlaşması hallarının qarşısını almaq məqsədi ilə ölkədə axşam saat 9-dan saat 5-ə qədər hərəkətlə bağlı məhdudiyyət yenə qüvvədə qalır”, – Qiorqi Qibradze bildirib.

Bundan əlavə iaşə obyektləri üçün şənbə-bazar günləri tətbiq edilmiş məhdudiyyət də qüvvədə qalır. Qibradze qeyd edib ki, təcriddə olan şəxslərin, onların təmaslarının və ölkəyə girənlərin özünütəciridinə nəzarət də sərtləşdiriləcək.

Komendant saatı artıq beş aydır qüvvədədir. Hərəkətlə bağlı məhdudiyyət ikinci dalğa zamanı, 2020-ci ilin 9 noyabr tarixində tətbiq edilib. O zaman Şuranın qərarı ilə Tbilisi, Batumi, Kutaisi, Rustavi, Zuqdidi, Qori və Poti kimi böyük şəhərlərdə saat 22:00-dan saat 5-ə qədər hərəkətə məhdudiyyət qoyulmuşdu. Yalnız seçkilərin ikinci turunda iki günlük, 20-21 noyabr tarixlərində saat 22:00-dan 05:00-a qədər istisnaya yol verilmişdi.

Şura bir neçə gün sonra 28 noyabr tarixində məhdudiyyətləri sərtəşdirdi: saat 21:00-dan küçəyə çıxmaq qadağan edildi. Bundan sonra komendant saatı yalnız iki dəfə, yeni ildə və Milad gecəsi ləğv olunub.

Daha bir “yüngülləşdirmə” 28 mart tarixində Gürcüstan-İspaniya futbol oyununa bilet alanlar üçün oldu. Onlara gecə saat 01:00-a qədər küçədə qalmağa icazə verilmişdi. Gürcüstan hökuməti Novruz bayramını qeyd etmək üçün gecə komendant saatının qaldırılmasını tələb edən Azərbaycanlı icmaya eyni hüququ vermədi.

Etiraz əlaməti olaraq komendant saatı dəfələrlə pozulub. Etiraz aksiyaları keçirilirdi. Fəalların bir qismi Tbilisidə, Parlament qarşısında eləcə də Batumi və Kutaisidə səhərə kimi küçədə qalırdı. Hadisə yerinə polis əməkdaşları cəlb edilsə də, onlara cərimə yazmırdılar və yalnız növbəti gün fəallara cərimə qəbzləri göndərilirdi. Onlarsa ödəməkdən imtina edir və cərimələri şikayət edirdilər.

Mənbə: On
Print ელ. ფოსტა
FaceBook Twitter Google