“Tullantıları idarə et, ətraf mühiti qoru” layihəsi çərçivəsində inşa müsabiqəsinə start verilir
5 iyun “Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar olaraq inşa müsabiqəsi elan olunur.

İnşa müsabiqəsi Gülgün Məmmədxanovanın Marneuli meriyasının “Gənc İdeyalar Müsabiqəsi”-ndə qalib gəlmiş “Tullantıları idarə et, ətraf mühiti qoru” layihəsi çərçivəsində həyata keçirilir. Müsabiqə fəal gənclər Gülgün Məmmədxanova və Rahib Seyidov tərəfindən təşkil olunub.

İnşa müsabiqəsinin təşkilatçılarından Gülgün Məmmədxanova “Marneuli” radiosu ilə söhbəti zamanı müsabiqə haqqında məlumat verdi. O, müsabiqəyə qoşulan iştirakçıların ətraf mühitdə mövcud olan problemlər haqqında inşa yazmalı olduqlarını bildirdi. Məmmədxanova inşa yazarkən iştirakçıların onları narahat edən ekoloji problemləri qeyd etmələrinin vacib olduğunu bildirdi.

Gülgün Məmmədxanovanın sözlərinə görə, bu mövzuda inşaların yazılması nəticəsində gənclərdə ətraf mühitin qorunmasına qarşı fikir formalaşır və nəticədə ətrafa atılan tullantıların miqdarı azalır.

Müsabiqəyə 16-25 yaş arası şəxslər qoşula bilərlər. İnşa gürcü və ya azərbaycan dilində yazılmalı və This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it elektron ünvanına göndərilməlidir. Müsabiqə zamanı ətraf mühitin qorunması məqsədi ilə yaradılan “Yaşıl Düşüncə” səhifəsində 3 əsas inşa seçilərək qalib olacaq.

Qaliblərdən ikisi “Facebook” da izləyicilər tərəfindən daha çox bəyənildiyi halda seçiləcək. 3-cü inşa isə münsiflər tərəfindən seçiləcək. Müsabiqə üçün inşaların qəbulu 30 may, saat 11:00-da bitir. Yazılan inşalar “Yaşıl Düşüncə” adlı səhifədə 30 may, 14:00 tarixində paylaşılacaq. İnşaların bəyənilməsi isə 5 iyun, səhər saat 11:00-dək davam edəcək. Qeyd edək ki, inşa 1000 sözdən artıq olmamalıdır. Müsabiqənin sonunda qaliblərə müxtəlif növ simvolik hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, müsabiqənin sponsorları “Zero Effect” sosial müəssisəsi və fiziki şəxs Anar Ağayarovdur.

Daha ətraflı linkə daxil olun. https://www.facebook.com/ProtectEnvironment12/posts/248430470401292

"Marneuli" Radiosu
The absolute URL of the post. n/a data-lazy true means use the browser's lazy-loading mechanism by setting the loading="lazy" iframe attribute. The effect is that the browser does not render the plugin if it's not close to the viewport and might never be seen. Can be one of true or false (default).
Print