13 may tarixində Algeti kəndində yerləşən "Görarxı" xeyriyyə fondu
tərəfindən Fitr bayramı münasibətilə aztəminatlı ailələrə yardım
paketləri təqdim olunub.
Algeti kənd məscidinin Axundu Mahir Quliyev “Marneuli” radiosu ilə
söhbəti zamanı yardımla bağlı məlumat verdi. Mahir Quliyevin
sözlərinə görə, “Görarxı” xeyriyyə fondunun xeyriyyəçi üzvləri
tərəfindən Ramazan günlərində imkansız ailələrə 50 ədəd yardım
paketi paylanılıb. Bundan əlavə, onlar ötən gün Fitr bayramı
münasibətilə daha 20 ədəd ərazqla dolu paketi Algeti kəndində
yaşayan aztəminatlı ailələrə çatdırıblar.
“Görarxı” xeyriyyə fondu koronavirusun yayılmasından sonra karantin
rejimində yaşayan və maddi vəziyyəti çətin olan ailələrə yardım
etmək üçün yaradılıb. Bu günə qədər fonda yerli və xaricdə yaşayan
Gürcüstan vətəndaşları dəstək olublar.